
01 — Sahələr
Restoran və kafelər
Restoran mətbəxi gün ərzində üç dəfə kritik nöqtədən keçir: səhər hazırlıq, pik saat və bağlanış. Hər üçündə fərqli kimyəvi məhsul lazımdır — birini digərinin yerinə işlətmək həm nəticəni, həm büdcəni pozur.
Praktikada
Tipik problemlər və həllər
| Problem | Həll | Diqqət |
|---|---|---|
| Aspiratorda və plitədə yanmış yağ qatı | Qələvi əsaslı yağ təmizləyicisi (pH 12+) | Qaynar səthdə tətbiq etməyin — buxar riski |
| Stəkanlarda ləkə və bulanıqlıq | Maşın yuyucusu + parlaqlaşdırıcı cütlüyü | Suyun sərtliyinə görə dozanı dəyişin |
| Kəsim taxtalarında çarpaz çirklənmə | Qida ilə təmasa uyğun səth dezinfektantı | Kontakt vaxtına riayət şərtdir |
| Kanalizasiya və zibil otağında iy | Ferment əsaslı hava təravətləndiriciləri | Xlorlu məhsulla qarışdırmayın |
Məhsullar
Bu sahə üçün əsas kateqoriyalar
Qabyuma kimyası
Maşın və əl ilə yuma vasitələri, parıldadıcılar.
Yağ təmizləyiciləri
Qələvi əsaslı vasitələr, aspirator, plitə və qril təmizləyiciləri.
Dezinfeksiya vasitələri
Səth dezinfektantları, sprey və konsentrat məhsullar.
Döşəmə təmizləyiciləri
Neytral və qələvi əsaslı, ətirli, sürüşməyə qarşı və müxtəlif döşəmə səthləri üçün vasitələr.
Şüşə və səth təmizləyiciləri
Şüşə, güzgü və səthlərdə parlaq, izsiz nəticə üçün vasitələr.
Sanitar təmizlik
Sanitar qovşaqlar üçün ərp, pas və digər çirklərə qarşı təmizləyicilər, hava təravətləndiriciləri.
Əl gigiyenası
Maye və köpük sabunlar, antiseptiklər.
Kağız məhsulları
Tualet və mətbəx kağızları, rulon salfetlər, V- və Z-qatlama kağız dəsmallar.
Dispenserlər
Sabun, dezinfeksiyaedici, kağız dəsmal, salfet, tualet kağızı və hava təravətləndirici dispenserləri.
Təmizlik avadanlığı
Zibil qabları, vedrələr, moplar, fırçalar, süpürgələr, şvabralar və digər peşəkar ləvazimat.
Birdəfəlik məhsullar
Zibil torbaları, əlcəklər, bone, baxillər, önlüklər və s.
Suallar
Tez-tez verilən suallar
Restoran üçün minimum təmizlik dəsti nədən ibarətdir?
Altı məhsul kifayət edir: maşın qabyuma vasitəsi, parlaqlaşdırıcı, əl qabyuma mayesi, yağ təmizləyicisi, qida ilə təmasa uyğun səth dezinfektantı və döşəmə təmizləyicisi. Buna əl sabunu və kağız məhsulları əlavə olunur.
Konsentrat məhsul həqiqətənmi ucuz başa gəlir?
Bəli, əgər seyreltmə nisbətinə düzgün əməl olunursa. 1:100 seyreltmədə 5 litrlik konsentratdan 500 litr işlək məhlul alınır. Şərt — göz qərarı deyil, ölçü qabı istifadə etmək.
Sanitar yoxlamaya nə lazımdır?
Məhsulların təhlükəsizlik pasportları (SDS), istifadə təlimatı, təmizlik jurnalı və kimyəvi maddələrin ayrıca, işarələnmiş şəkildə saxlanması. Sənədləri məhsulla birlikdə təqdim edirik.
Sifariş nə vaxt çatdırılır?
Bakı daxilində standart sifarişlər 24 saat ərzində çatdırılır. Dəqiq vaxtı sifariş həcminə görə təsdiqləyirik.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Zəng edin və ya sifariş sorğusunu doldurun — məhsul siyahısı və qiymət təklifi ilə 24 saat ərzində qayıdaq.