
04 — Sahələr
Camaşırxanalar
Sənaye camaşırxanasında nəticəni tək məhsul deyil, dörd dəyişənin uyğunluğu müəyyən edir: kimya, temperatur, mexaniki təsir və vaxt. Birini azaltmaq istəyirsinizsə, digərini artırmalısınız.
Praktikada
Tipik problemlər və həllər
| Problem | Həll | Diqqət |
|---|---|---|
| Ağ tekstildə saralma | Oksigen əsaslı ağardıcı + qələvi güclndirici | Xlorlu ağardıcı lifi zəiflədir |
| Yağlı və qan ləkələri | Ön işləmə + ferment əsaslı vasitə | Ferment 60°C-dən yuxarıda ölür |
| Suyun sərtliyindən kirəc | Su yumşaldıcı əlavəsi | Sərtliyi ölçmədən doza təyin etməyin |
| Tekstilin ömrünün qısalması | Neytrallaşdırıcı ilə qələvi qalığının götürülməsi | Son yaxalamada pH nəzarəti |
Məhsullar
Bu sahə üçün əsas kateqoriyalar
Suallar
Tez-tez verilən suallar
Otel çarşafları üçün ayrı proqram varmı?
Bəli — ağ tekstil, rəngli tekstil və mətbəx tekstili üçün proqramlar fərqlidir. Sizin tekstil qarışığınıza görə qururuq.
Ferment nədir, nə üçün lazımdır?
Fermentlər zülal və nişasta əsaslı ləkələri parçalayan bioloji katalizatorlardır. Aşağı temperaturda təsirli olduqları üçün enerjiyə qənaət edirlər.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Zəng edin və ya sifariş sorğusunu doldurun — məhsul siyahısı və qiymət təklifi ilə 24 saat ərzində qayıdaq.