
05 — Sahələr
Qida istehsalı
Qida istehsalında təmizlik prosesin bir hissəsidir, ondan sonra gələn iş deyil. Sənədləşdirilə bilməyən təmizlik, aparılmamış sayılır.
Praktikada
Tipik problemlər və həllər
| Problem | Həll | Diqqət |
|---|---|---|
| Avadanlıq daxilində qalıq (CIP) | Qələvi + turşu dövrü | Yaxalama suyunun pH nəzarəti |
| Konveyer və lentlərdə bioplyonka | Bioplyonka hədəfli dezinfektant | Mexaniki fırça olmadan tam təsir yoxdur |
| Alerqen çarpaz keçidi | Alerqen təmizlik protokolu | Ayrı avadanlıq və ardıcıllıq |
| Soyuducu anbarda kif | Aşağı temperaturda işləyən vasitə | Adi dezinfektant soyuqda zəifləyir |
Məhsullar
Bu sahə üçün əsas kateqoriyalar
Qabyuma kimyası
Maşın və əl ilə yuma vasitələri, parıldadıcılar.
Yağ təmizləyiciləri
Qələvi əsaslı vasitələr, aspirator, plitə və qril təmizləyiciləri.
Dezinfeksiya vasitələri
Səth dezinfektantları, sprey və konsentrat məhsullar.
Döşəmə təmizləyiciləri
Neytral və qələvi əsaslı, ətirli, sürüşməyə qarşı və müxtəlif döşəmə səthləri üçün vasitələr.
Əl gigiyenası
Maye və köpük sabunlar, antiseptiklər.
Birdəfəlik məhsullar
Zibil torbaları, əlcəklər, bone, baxillər, önlüklər və s.
Suallar
Tez-tez verilən suallar
HACCP üçün hansı sənədlər lazımdır?
Hər kimyəvi məhsul üçün təhlükəsizlik pasportu (SDS), texniki məlumat vərəqi və doldurulmuş təmizlik jurnalı. Bunları məhsulla birlikdə təqdim edirik.
CIP nədir?
Cleaning In Place — avadanlığı sökmədən, daxili dövr vasitəsilə təmizləmə. Adətən qələvi mərhələ, yaxalama, turşu mərhələsi və son yaxalamadan ibarətdir.
Alerqen təmizliyi adi təmizlikdən nə ilə fərqlənir?
Alerqen görünən çirk deyil — vizual yoxlama kifayət etmir. Protokol ayrı avadanlıq, təsdiqlənmiş ardıcıllıq və sənədləşdirmə tələb edir.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Zəng edin və ya sifariş sorğusunu doldurun — məhsul siyahısı və qiymət təklifi ilə 24 saat ərzində qayıdaq.